Xəzər Xəbər

Bakıda evdən kişi meyiti tapıldı

Hadisə | 11:10 • 1 Aprel 2018
Bakıda evdən kişi meyiti tapıldı
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.


XəzərXəbər Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1952-ci il təvəllüdlü Bünyadov İlqar Nurəddin oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Xəbər lenti