Xəzər Xəbər

Bakıda itkin düşən ərəb turist tapıldı

Hadisə | 09:51 • 28 Mart 2018
Bakıda itkin düşən ərəb turist tapıldı
Ötən gün Bakıda itkin düşən Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) 17 yaşlı vətəndaşı Sultan Abdulla tapılıb.

BƏƏ-nin Bakıdakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnur Kərimov bildirib ki, daun sindromlu turistin yeri dünən saat 23:30-da müəyyən edilib.

"Onu öz həmyerlisi olan turist tapıb. Nizami küçəsindəki ("Tarqovi") kafelərdən birində olub. Onu görən şəxs səfirliyə məlumat verib. Bundan sonra valideynlərinə təhvil verildi”.

Qeyd edək ki, daun sindromlu turist Sultan Abdulla dünən saat 05:30-da "Winter Park" hotelini tərk edərək itkin düşmüşdü. O, anası, iki xalası və xalasının uşaqları ilə birlikdə bazar günü Azərbaycana gəlib. Sultan daun sindromlu olduğundan yaddaş problemi var. Kameralar göstərir ki, o, səhər saat 5 radələrində yuxudan durub, paltarını geyinərək oteli tərk edib. Yolu keçərək "Qış parkı"na tərəf gedib. Ondan sonra yoxa çıxıb.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti