Xəzər Xəbər

Sumqayıtda yaşlı sürücünün müəmmalı ölümü

Hadisə | 12:25 • 27 Mart 2018
Sumqayıtda yaşlı sürücünün müəmmalı ölümü

Sumqayıtda yaşlı kişi yolun ortasında müəmmalı şəkildə dünyasını dəyişib.

Hadisə dünən günorta saatlarında, H.Z.Tağıyev qəsəbəsi ərazisində baş verib.

Belə ki, adı açıqlanmayan, təqribən 63-65 yaşlarında kişi qəsəbədə idarə etdiyi "Kamaz" markalı yük maşınından düşdükdən sonra müəmmalı şəkildə ölüb.

Onun ürəktutmasından öldüyü ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti