Sosial şəbəkələrdə
tanış olduğu insanları dələduzluq yolu aldadan şəxsin saxlanılması
istiqamətində polislər tərəfindən əməliyyat tədbiri həyata keçirilib.
DİN-dən XəzərXəbər-ə verilən xəbərə görə, Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis
Bölməsinə müraciət edən zərərçəkən Şirvan şəhər sakini Rəsul Mehdiyev
"İnstagram” sosial şəbəkəsində onun videolarını paylaşan
"Dublaj.Vine.Baku” adlı səhifənin istifadəçisi ilə tanış olduğunu və
onunla görüşən zaman mobil telefonun həmin şəxs tərəfindən oğurlandığını
bildirib.
Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində həmin səhifənin sahibi Bakı şəhər sakini, əvvələr məhkum olunmuş Ramin İsmayılov saxlanılıb. O, ifadəsində törətdiyi cinayəti etiraf edib.
Qeyd
edilən faktla bağlı araşdırmalar davam etdirilir. Polis əməkdaşları
dələduzluq etməkdə şübhəli bilinən Ramin İsmayılovun digər analoji
cinayətlərdə iştirak etdiyini də istisna etmir. Onun əməllərindən
zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin
"102” Zəng Mərkəzinə və ya Nərimanov Rayon Polis İdarəsi, eləcə də 18-ci
Polis Bölməsinə müraciət edə bilərlər.