Xəzər Xəbər

Oğurluq edən 4 nəfər tutuldu - Dördü də qohumdur

Hadisə | 13:33 • 26 Mart 2018
Oğurluq edən 4 nəfər tutuldu -

Mingəçevirdə oğurluqda təqsirləndirilən şəxslər tutulub.


DİN mətbuat xidmətinin Şəki şəhərində regional qrupundan xezerxeber.az-a bildirilib ki, ötən il avqustun 7-də Mingəçevir şəhər sakini Əflatun Hüseynov şəhər polis şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus ayaqqabı sexindən oğurluq edilməsi barədə məlumat verib.

Məlumatla əlaqədar Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları hadisə yerində olub, müvafiq əməliyyat-axtarış tədbirləri keçiriblər. Araşdırmalarla sexdən ümumi dəyəri 3100 manat dəyərində olan ayaqqabı qəliblərinin oğurlandığı müəyyən edilib. Həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakinləri Firdovsi Mustafayev, qardaşı Vüqar, əmisi oğlu Teymur və Tural Mabudov saxlanılıblar. Dindirilmə zamanı həmin şəxlər törətdikləri cinayəti etiraf ediblər.

Faktla bağlı Mingəçevir ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Xəbər lenti