Xəzər Xəbər

Həftəsonu ölkədə 8 qəza olub 3 ölü, 11 yaralı

Hadisə | 10:15 • 26 Mart 2018
Həftəsonu ölkədə 8 qəza olub
Daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində 196 cinayət faktı qeydə alınıb, onların da 42-si "isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması təmin olunub. Bundan başqa, axtarışda olduğuna görə 21 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən xəbərə görə, respublikanın avtomobil yollarında həftə sonunda 8 yol qəzası olub, 3 nəfər ölüb və 11 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Həmçinin cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.

Xəbər lenti

Çox oxunanlar