Ermənistan silahlı
qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı
pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 97
dəfə pozub.
XəzərXəbər-in
Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Ermənistan
Respublikası Noyemberyan rayonunun Barekamavan, Voskevan kəndlərində və
adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində və adsız
yüksəkliklərdə yerləşən mövqelərdən Qazax
rayonunun Quşçu Ayrım, Aşağı Əskipara, Qızılhacılı kəndlərində və adsız
yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə
yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Yarımca, Ağdam rayonunun Nəmirli, Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.