Xəzər Xəbər

“Azərişıq”ın yeraltı kabelləri oğurlandı

Hadisə | 15:02 • 24 Mart 2018
“Azərişıq”ın yeraltı kabelləri oğurlandı

Binəqədi rayonu ərazisində "Azərişıq” ASC-nin Xırdalan Enerji və Satış idarəsinə məxsus yeraltı kabelin 2000 metrlik hissəsini kəsilərək oğurlanıb.

Daxili İşlər Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, martın 23-də Binəqədi rayonunun Hökməli qəsəbəsi ərazisində, "Azərişıq” ASC-nin Xırdalan Enerji və Satış idarəsinə məxsus yeni çəkilmiş, lakin istifadəyə verilməmiş yeraltı kabelin 2000 metrlik hissəsi kəsilərək oğurlanıb.

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Nicat Vəliyev saxlanılıb.

Xəbər lenti