Xəzər Xəbər

Film kimi cinayət: Zabratda maskalılar evə basqın edib

Hadisə | 13:46 • 24 Mart 2018
Film kimi cinayət:
Martın 15-də Sabunçu rayonunun 2-ci Zabrat qəsəbəsi ərazisində yaşayan Afət Əzizovanın evinə girmiş 2 maskalı şəxs onun və qızı Firuzənin qol və ağızını yapışqanlı lentlə bağlayıb bıçaqla hədələyərək oradan 1700 manat pul aparıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Ramin Ağayev və Ceyhun Adıgözəlov saxlanılıblar. Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti