Xəzər Xəbər

Biləsuvarda AĞIR QƏZA: ölən və yaralananların adları məlum oldu

Hadisə | 12:42 • 21 Mart 2018
Biləsuvarda AĞIR QƏZA:

Biləsuvarda ötən gecə ağır qəzada ölən və yaralananların şəxsiyyəti məlum olub.

Qəzada ağır xəsarət alan Biləsuvar rayonunun Bəydili kənd sakini, 1972-ci il təvəllüdlü, Zahid Balaqardaş oğlu Dadaşov xəstəxanada dünyasını dəyişib.

Qəzada 1998-ci il təvəllüdlü Tağı Musa oğlu Ağazadə və onun həmyaşıdı olan Bakı şəhər sakini, Nurlan Elxan oğlu Novruzov yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

***

Biləsuvarda baş verən yol qəzasında bir nəfər ölüb, iki nəfər yaralanıb.

İki minik maşınının toqquşması nəticəsində yaralanan şəxslərin vəziyyəti orta-ağır qiymətləndirilir.

Ölən şəxsin meyiti müayinə olunması üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Biləsuvar Rayon Şöbəsinə təhvil verilib.

Hələlik ölən və yaralanan şəxslərin kimliyini müəyyənləşdirmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

***

Biləsuvarda ağır yol qəzası baş verib.

Minik avtomobillərinin toqquşması nəticəsində 2 nəfər ağır xəsarət alıb. Yaralılar Biləsuvar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəsarət alan şəxslərin kimliyi araşdırılır. (apa)

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti