Xəzər Xəbər

Tovuzda QORXUNC ANLAR: təcili tibbi yardım maşını qəzaya düşdü

Hadisə | 16:51 • 20 Mart 2018
Tovuzda QORXUNC ANLAR:
Tovuzda avtobusla minik maşının toqquşması nəticəsində yaralını xəstəxanaya gətirən təcili tibbi yardım maşını qəzaya uğrayıb.


Bakı-Qazax avtomobil yolunun Tovuz rayonun Cırdaxan kəndi ərazisindən keçən hissəsində sərnişin avtobusu ilə minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində xəsarət alan şəxsi xəstəxanaya çatdırmaq istəyən təcili tibbi yardım maşını Tovuz şəhərinin girəcəyində "VAZ 2106" markalı avtomobillə toqquşub.

Qəza zamanı təcili tibbi yardım avtomobilinin sürücüsü xəsarət alıb. Faktla bağlı araşdırma aparılır. (Report)

Xəbər lenti