Xəzər Xəbər

Bakıda infarkt keçirən türk deputatın vəziyyəti necədir? Açıqlama

Hadisə | 11:53 • 17 Mart 2018
Bakıda infarkt keçirən türk deputatın vəziyyəti necədir?
Bakıda infarkt keçirən türkiyəli deputat, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sabiq baş katibi Ekmeleddin İhsanoğlunun vəziyyəti stabildir.

Bu barədə Mərkəzi Klinik Xəstəxananın kardioloqu Firdovsi İbrahimov məlumat verib. Həkim bildirib ki, reanimasiya şöbəsinə yerləşdirilən İhsanoğlunun huşu yerindədir.

"Biz onu dünən qəbul etdik, dərhal təhlükənin qarşısını almaq üçün lazımi tədbirləri gördük. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir. Huşu yerindədir. Özü yeməyini yeyir. İlkin təhlükə aradan qaldırılıb".

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunmuş VI Qlobal Bakı Forumunun "Regional təhlükəsizlik, regional sülh: Orta Şərq” adlı panelində Ekmeleddin İhsanoğlunun vəziyyəti pisləşib. O, dərhal xəstəxanaya aparılıb. Deputatın infarkt keçirdiyi məlum olub.

Xəbər lenti