Xəzər Xəbər

Qarabağda erməni hərbçi ölüb

Hadisə | 11:05 • 16 Mart 2018
Qarabağda erməni hərbçi ölüb
Ermənistan ordusu işğal etdiyi Dağlıq Qarabağ bölgəsində daha bir itki verib.

"News.am” saytı xəbər verir ki, hadisə martın 15-də Qarabağın şimal istiqamətində saat 17:30 radələrində baş verib.

Məlumata görə, müddətdən artıq xidmət edən hərbi qulluqçu, 1999-ci il təvəllüdlü Edqar Gevkoviç Yeremyan yol qəzasında ölüb.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır./azvision.az

Xəbər lenti