Xəzər Xəbər

Azərbaycanda axtarışda olan 23 nəfər tutulub

Hadisə | 10:03 • 16 Mart 2018
Azərbaycanda axtarışda olan 23 nəfər tutulub
Martın 15-dən 16-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 91 cinayət faktı qeydə alınıb, onların da 14-ü "isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə 23 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.

Xəbər lenti