Xəzər Xəbər

Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb

Hadisə | 12:07 • 15 Mart 2018
Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 89 cinayət faktından 16-nın üstü "isti izlər”lə açılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış beş cinayətin açılması təmin olunub.


Axtarışda olduğuna görə 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında baş vermiş bir yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər xəsarət alıb.


Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli yeddi, qanunsuz saxlanılan silah-sursatla bağlı bir fakt müəyyənləşdirilib.


Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb.

Xəbər lenti