Xəzər Xəbər

Uşaq bağçasından oğurluq edən şəxs saxlanılıb

Hadisə | 15:56 • 10 Mart 2018
Uşaq bağçasından oğurluq edən şəxs saxlanılıb

Martın 9-na keçən gecə Sumqayıt şəhəri 34-cü məhəllənin ərazisindəki uşaq bağçalarının birindən oğurluq edilməsi barədə Daxili İşlər Nazirliyinin (DİN) "102 Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.

DİN-dən xezerxeber.az-a verilən məlumata görə, hadisə yerinə gələn Sumqayıt ŞPİ 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Araşdırmalarla bağçadan 2 ədəd televizor, noutbuk, tozsoran və DVD oğurlandığı məlum olub.

"İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa zamanda müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun şəhər sakini, əvvəllər məhkum olunmuş Nicat Məhərrəmov olduğu müəyyən edilib. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin də aşkar edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti