Xəzər Xəbər

Heroin asıllığı olan uşaq doğuldu, anası da atıb qaçdı

Hadisə | 17:16 • 8 Mart 2018
Heroin asıllığı olan uşaq doğuldu, anası da atıb qaçdı
Bir axşam telefonuma zəng gəldi, gizli nömrə idi. Qızım olduğunu hiss etdim"

Konyada yaşayan 21 yaşlı E.T, 17 ay əvvəl bir körpə dünyaya gətirib. S.D. Adı qoyulan körpədə titrəmə və həddindən artıq ağlama tapıntıları aşkar edilib. Həkim müayinəsindən keçən kiçik S.D.nin heroin asılığı olduğunu bildirlib. Bədbəxt uşaq, Konya Səlcuq Universitetinin Tibb Fakültəsindəki 6 aylıq müalicəndən sonra xilas edilib.

Qızı ilə birlikdə anası N.T.nin evində yaşamağa başlayan E.T, təxminən 4 ay əvvəl ayrıldığı evinə bir daha qayıtmayıb. Nəvəsi ilə tək qalan 41 yaşlı nənə N.T. açıqlamasında bunları deyib: "Qızımın asılılıq müalicəsi evdə davam edirdi. Həyata yenidən bağlanmaq üçün çalışmaq istədiyini söylədi. Həkimlər də bunun ağlabatan bir tələb olduğunu və müsbət təsir yaradacağını deyəndə qəbul etdim. Bir marketdə işləməyə başladı, hər şey çox gözəl gedirdi. Bir gün səhər işə getmək üçün evdən çıxdı, qayıtmadı. Axtardığım yer qalmadı, amma tapmadım.

Bir axşam telefonuma zəng gəldi, gizli nömrə idi. Qızım olduğunu hiss etdim. "Hardasan qızım, nə üçün etdin bunu? Deyə soruşdum. 1 dəqiqə susdu. Nəvəm ağlamağa başlayanda "Ana, məni narahat etmə, çox yaxşıyam. Mən seçimimi etdim, qızım sənə əmanət - dedi və telefonu söndürdü. O an qayıtması ümidimi tamamilə itirdim"./media24.az

Xəbər lenti