Xəzər Xəbər

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb

Hadisə | 12:51 • 7 Mart 2018
Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində 94 cinayət faktı qeydə alınıb. Onların da 14-nün üstü "isti izlər”lə açılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 33 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə 27 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında baş vermiş dörd yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, yeddi nəfər xəsarət alıb.


Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli yeddi, qanunsuz saxlanılan silah-sursatla bağlı bir fakt müəyyənləşdirilib.


Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

Xəbər lenti