Xəzər Xəbər

Sabirabadda 11 yaşlı məktəblini maşın vurub

Hadisə | 10:25 • 6 Mart 2018
Sabirabadda 11 yaşlı məktəblini maşın vurub

Sabirabad rayonunda avtomobil piyadanı vurub.


Rayonun Şıxsalahlı kəndində 2007-ci il təvəllüdlü Səringül Rafiq qızı Rami bu gün səhər saatlarında məktəbə gedərkən "VAZ 21 07” markalı avtomobil tərəfindən vurulub. Məktəbli qız kəllə-beyin travması ilə sürücü tərəfindən Şirvan şəhər Xəstəxanasına çatdırılıb.Onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılır. (APA)

Xəbər lenti