Xəzər Xəbər

Gəncədə BƏDBƏXT HADİSƏ: 51 yaşlı qadın pəncərə silərkən...

Hadisə | 13:01 • 3 Mart 2018
Gəncədə BƏDBƏXT HADİSƏ:

Gəncədə 51 yaşlı qadın ehtiyatsızlıq nəticəsində dünyasını dəyişib.

Hadisə şəhərin Ozan küçəsində yerləşən yaşayış binalarının birində baş verib.

İlkin məlumata görə, Elbəniz Quliyeva Şəmi qızı evdə pəncərələri silərkən ehtiyatsızlıqdan yerə yıxılıb. Hadisə nəticəsində ağır bədən xəsarətləri alan qadın xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti