Xəzər Xəbər

Bakıda köməksiz qalan 2 azyaşlı xilas edilib

Hadisə | 10:47 • 3 Mart 2018
Bakıda köməksiz qalan 2 azyaşlı xilas edilib
Paytaxtda mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan 2 azyaşlı xilas edilib.


XəzərXəbər Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısının açılmasını təmin edib. Əməliyyat başa çatıb.

Xəbər lenti