Xəzər Xəbər

15 kiloqram narkotiki satmaq istəyərkən yaxalandı - FOTO

Hadisə | 16:01 • 1 Mart 2018
15 kiloqram narkotiki satmaq istəyərkən yaxalandı -

Mingəçevir şəhəri ərazisində 15 kiloqram marixuana satmaq istəyən Ağdaş rayon sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinə bir nəfərin Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsinin sahilində külli miqdarda narkotik vasitə satacağı barədə əməliyyat məlumat daxil olub. Dərhal idarənin əməkdaşlarından ibarət əməliyyat qrupu qeyd edilən ünvana yollanıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin yerdə narkotik vasitələrin satışında şübhəli bilinən Ağdaş rayon sakini, İman Zamanov saxlanılaraq idarəyə gətirilib.

Saxlanılan şəxsin üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman ona məxsus çantadan külli miqdarda marixuana aşkar edilərək götürülüb. Ekspertiza həmin narkotik vasitənin ümumi çəkisinin 15 kiloqram 05 qram qurudulmuş marixuana olması barədə rəy verib.

İ.Zamanov ifadəsində marixuananı Qax rayonunda meşəlik sahədə yabanı halda yığdığını və qurudandan sonra satmaq niyyəti ilə Mingəçevir şəhərinə gətirdiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti