Xəzər Xəbər

Bakıda sərnişin avtobusu piyadanı vurub öldürdü

Hadisə | 15:31 • 1 Mart 2018
Bakıda sərnişin avtobusu piyadanı vurub öldürdü

Bakıda sərnişin avtobusu piyadanı vurub öldürüb.

Trend-in məlumatına görə, hadisə martın 1-də paytaxtın Nəsimi rayonu ərazisində baş verib.

"BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 3 saylı marşrut üzrə sərnişin daşıyan avtobus hərəkətdə olarkən "Koroğlu" parkı ərazisindən yola çıxan qadını vurub. Hadisə nəticəsində vurulan qadın - 1956-cı il təvəllüdlü Bayramova Həqiqət Əbdülhüseyn qızı yerindəcə dünyasını dəyişib.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Trend-ə bildirib ki, hadisə piyadanın səhlənkarlığından baş verib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər lenti