Xəzər Xəbər

Abşeronda oğul anasını bıçaqladı - FOTO

Hadisə | 09:47 • 1 Mart 2018
Abşeronda oğul anasını bıçaqladı -

Abşeronda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Abşeron Gənclər Şəhərciyində qeydə alınıb.

1984-cü il təvəllüdlü Zalova Kəmalə Zakir qızı 17 yaşlı oğlu tərəfindən 4 bıçaq zərbəsi alıb. Yaralı xəstəxanaya yerləşdirilib, onun vəziyyəti ağırdır.

Məlumata əsasən, 14 yaşlı Sənan Zalov mağazadan qayıdan anasından yaşadığı binanın qarşısında pul istəyib. Lakin qadın ona pul verməkdən imtina edib. Belə olduqda S.Zalov anasına 4 bıçaq zərbəsi endirib. Hadisəni törətmiş S.Zalov qaçıb. (Report)

Xəbər lenti