Xəzər Xəbər

Bakıda silahlı şəxslərə qarşı əməliyyat keçirilib - saxlanılanlar var - FOTO

Hadisə | 12:17 • 28 Fevral 2018
Bakıda silahlı şəxslərə qarşı əməliyyat keçirilib -

Sabunçu rayonunda üzərlərində qanunsuz olaraq odlu silah-sursat saxlayan və ya gizlədən şəxslərin aşkar edilməsi məqsədi ilə ardıcıl uğurlu əməliyyat tədbirləri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş, Maştağa qəsəbə sakini İmran Cavadov qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilindiyi üçün saxlanılıb.

Onun evinə baxış keçirilən zamanı çarpayının altında gizlətdiyi 1 ədəd "Naqan” markalı tapança və 3 ədəd patron aşkar olunaraq götürülüb. Ekspertizaya təqdim olunan tapançanın istifadəyə yaralı olması barədə rəy verilib.

Sabunçu Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində isə əvvəllər məhkkum olunmuş, Balaxanı qəsəbə sakini Bəybala Qarabəyov saxlanılıb. Polis idarəsində hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman əlindəki çantanın içərisindən sandıqçasında 10 ədəd patron "AKS-74” markalı avtomat aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti