Xəzər Xəbər

Axtarışda olan 19 nəfər saxlanılıb

Hadisə | 09:47 • 28 Fevral 2018
Axtarışda olan 19 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 97 cinayət faktı qeydə alınıb, onların 17-si "isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, əvvəlki dövrlərdə bağlı qalmış cinayətlərdən gün ərzində birinin açılması təmin olunub.

Axtarışda olduğuna görə 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.

Xəbər lenti