Xəzər Xəbər

Başqırdıstanda ağır yol qəzası nəticəsində 9 nəfər ölüb

Hadisə | 09:25 • 28 Fevral 2018
Başqırdıstanda ağır yol qəzası nəticəsində 9 nəfər ölüb

Başqırdıstanda mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində 9 nəfər ölüb. 

Xezerxeber.az-ın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qəza İqlinsk rayonu ərazisində, M-5 magistral yolunun 1548-ci kilometrliyində baş verib.

Məlumata görə, MAN markalı yük maşını ilə "Mercedes Sprinter” markalı mikroavtobus toqquşub. Mikroavtobusda 12 sərnişin olub.

Qəza nəticəsində xəsarət almış 3 nəfər xəstəxanaya çatdırılıb.

Qəzanın səbəbləri araşdırılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti