Xəzər Xəbər

Xırdalanda evdən iki tüfəng oğurlanıb

Hadisə | 12:54 • 23 Fevral 2018
Xırdalanda evdən iki tüfəng oğurlanıb

Abşeron Rayon Polis İdarəsinə müraciət edən Xırdalan şəhər sakini F.Müslümov fevralın 20-nə keçən gecə evindən müvafiq sənədləri olan 2 ov tüfənginin oğurlandığını bildirib.

DİN-in mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa zamanda müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onların Abşeron rayon sakini Süleyman Səmədov və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fuad Əliyev olmaları müəyyən edilib.

Oğurlanmış tüfənglər polis əməkdaşları tərəfindən onlardan götürülüb. Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. Faktla bağlı Abşeron Rayon Polis İdarəsinə cinayət işi başlanılıb.

Xəbər lenti