Xəzər Xəbər

Qəzaya uğramış təyyarənin qara qutusunun yeri müəyyənləşib

Hadisə | 17:28 • 22 Fevral 2018
Qəzaya uğramış təyyarənin qara qutusunun yeri müəyyənləşib

Mütəxəssislər ötən bazar günü İranda qəzaya uğramış ATR-72 təyyarəsinin qara qutusunun yerini müəyyənləşdirə biliblər.


AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, qara qutunun olduğu yer müəyyənləşib. Mütəxəssislər qrupu həmin yerə getməyə və qara qutunu götürməyə hazırdır.


Qəzanın baş verdiyi çətin keçilən dağlıq ərazidə 100-dən çox xilasedici, həmçinin 7 helikopter sərnişinlərin və ekipaj üzvlərinin cəsədlərinin axtarışını davam etdirir. İndiyədək 32 nəfərin cəsədi aşkar olunub. Axtarış işləri 4-4,5 min metr hündürlükdə aparılır. Ərazidə qarın qalınlığı iki metrə çatır ki, bu da əməliyyatları çətinləşdirir.


Xatırladaq ki, fevralın 18-də Tehran-Yasuc reysini həyata keçirən "Aseman Airlines” aviaşirkətinə məxsus ATR-72 təyyarəsi İsfahan vilayətində Dena dağları üzərində radarlardan itmişdi. İlkin məlumata görə, təyyarənin göyərtəsindəki 66 nəfərin (60 sərnişin və 6 ekipaj üzvü) hamısı həlak olub.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti