Xəzər Xəbər

Oğrular yaxalandı Qızıl, qoyun, pul...

Hadisə | 11:00 • 22 Fevral 2018
Oğrular yaxalandı

Ötən gün polis orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində bir sıra oğurluqlar törədən şəxslər saxlanılaraq istintaqa cəlb ediliblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata bgörə, Suraxanı RPİ 30-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin noyabr-dekabr ayları ərzində rayon ərazisindəki 4 evdən, 1 həyətyanı sahədən təmir-tikinti alətləri, məişət əşyaları və 2 baş qoyun oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Nurlan Ağayev və Sərhat Əmirov saxlanılıblar.

Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari il yanvarın 25-dən fevralın 10-dək olan müddətdə şəhər ərazisindəki 5 evdən qızıl, məişət və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Əziz Əsgərov saxlanılıb.

Fevralın 6-da Nərimanov rayonu ərazisindəki mağazaların birindən 515 manat pul və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini olan bir yeniyetmə 17-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Yanvarın 25-də rayon ərazisindəki evlərin birindən 1000 manat, 5000 manat dəyərində qızıl əşyalar və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini Rəsul Bəkirov Qazax RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb, digər 3 nəfərin isə şəxsiyyəti müəyyənləşdirilib.

Faktlarla bağlı cinayət işləri başlanılıb.

Natiq Cavadov,

DİN Mətbuat Xidmətinin əməkdaşı

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti