Xəzər Xəbər

64 yaşlı kişi diri-diri yandı

Hadisə | 09:32 • 20 Fevral 2018
64 yaşlı kişi diri-diri yandı

Abşeron rayonu, Məmmədli kəndində ümumi sahəsi 25 m2 olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb.

XəzərXəbər-in FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1954-cü il təvəllüdlü Əlövsətov Əlövsət Məmməd oğlunun cəsədi aşkarlanıb.

Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti