Xəzər Xəbər

İntensiv yağışlar Bakıda yeni sürüşmə sahəsi yaratdı

Hadisə | 17:55 • 19 Fevral 2018
İntensiv yağışlar Bakıda yeni sürüşmə sahəsi yaratdı

Badamdardan 20-ci sahə istiqamətindəki yol kənarında sürüşmə hadisəsi qeydə alınıb.

Bu barədə XəzərXəbər-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.

Onun sözlərinə görə, sürüşmə sahəsi bu gün əməkdaşlar tərəfindən aşkarlanıb:

"Kanalizasiya borularındakı axıntı səbəbindən ərazidə sürüşmə baş verməsi ilə bağlı müraciət olmuşdu. Bu gün əməkdaşlarımız həmin yerə baş çəkib. Məlum olub ki, sürüşməyə səbəb kanalizasiya suları deyil. Belə ki, həmin yamacda çox sərt olsa da, intensiv yağışlar səbəbindən sürüşmə qeydə alınır. Bu dəfə də baş verən axıntı tipli sürüşmənin səbəbi intentiv yağışlardır”.

Ə.Qaralov bildirib ki, sürüşmə yol kənarındakı yamacda olsa da, çox da təhlükəli hesab edilmir:

"Sürüşmənin yaxınlığında yaşayış məntəqələri yoxdur. Sürüşmə lokal olduğundan avtomobil yolu üçün də təhlükəli deyil”.

Xəbər lenti