Xəzər Xəbər

Sevdiyi qızla evlənən oğlana 18 bıçaq zərbəsi vurdu — Dəhşətli qətlin təfərrüatları

Hadisə | 17:09 • 19 Fevral 2018
Sevdiyi qızla evlənən oğlana 18 bıçaq zərbəsi vurdu

Mingəçevir şəhərində dəhşətli qətl törədən 1990-cı il təvəllüdlü Eldar Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Ölkə.Az” xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İttihama görə, qətl hadisəsi 2017-ci il, oktyabrın 22-də Mingəçevir şəhərinin İ.Qayıbov küçəsindəki bərbərxanada baş verib.

Mingəçevir sakini olan və Dağıstandan yenicə qayıdan 1990-cı il təvəllüdlü Eldar Abbasov şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı şəhər sakini, 1983-cü il təvəllüdlü Pərviz Məmmədova 18 bıçaq xəsarəti yetirərək onu amansızlıqla qətlə yetirib.

Polis əməkdaşları dərhal əraziyə gedərək Eldar Abbasovu hadisənin baş verdiyi bərbərxanada saxlayaraq istintaqa təhvil veriblər. Hadisənin qısqanclıq zəminində törədildiyi məlum olub. Eldar Abbasovun subay, Pərviz Məmmədovun isə 2016-cı ildə evləndiyi və bir uşaq atası olduğu qeyd olunub.

Məlum olub ki, Pərviz Eldarın sevdiyi qadınla evlənib. Evlənmək üçün pul yığmaq məqsədilə Dağıstana işləməyə gedən Eldar bir müddət sonra Pərvizin onun sevdiyi qızı qaçıraraq evləndiyini eşidib.

Bundan sonra o, Pərvizlə görüşmək istəyib. Lakin 34 yaşlı Pərviz söhbətə ehtiyac olmadığını deyib. Bundan sonra Eldar Abbasov Pərvizin işlədiyi yerə gələrək ona 20-dən çox bıçaq zərbəsi endirib. Yaxınlıqdakı şəxslər onları ayıra bilməyib və yalnız hadisə yerinə gələn polislərin müdaxiləsindən sonra Pərvizi xəstəxanaya göndərmək mümkün olub. Lakin o, yolda keçinib.

İstintaq orqanı tərəfindən Eldar Abbasovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Növbəti proses fevralın 22-də davam edəcək.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti