Xəzər Xəbər

Oğru, soyğunçu və cibgir saxlanılıb

Hadisə | 14:46 • 19 Fevral 2018
Oğru, soyğunçu və cibgir saxlanılıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq, soyğunçuluq və cibgirlik cinayətləri törətməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa cəlb ediliblər.

Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, Nəsimi RPİ 22-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar ayı ərzində 3 qadının mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ümidbəy Babayev saxlanılıb.

Paytaxt sakini Ş.Quliyevanın içərisində 62 manat pulu, mobil telefonu və açarı olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Yevlax rayon sakini Məcid Abbasov Yasamal RPİ 29-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Xətai RPİ 34-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə yanvarın 17-də S.Quliyevanın içərisində 400 manat və sənədi olan pulqabısını oğurlamaqda şübhəli bilinən Asif Quliyev saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun daha 2 qadının çantasından pulqabılarını oğurlaması da müəyyən edilib.

Hər üç faktla bağlı cinayət işləri başlanılıb.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti