Xəzər Xəbər

Xaçmaz-Quba yolunda AĞIR YOL QƏZASI Ölən və xəsarət alanlar var

Hadisə | 12:23 • 19 Fevral 2018
Xaçmaz-Quba yolunda AĞIR YOL QƏZASI

Bu gün axşam saatlarında Xaçmaz-Quba yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.

"VAZ 2106" markalı avtomaşınla "KamAZ” markalı avtomaşın toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Deformasiyaya uğrayan maşından meyitləri çıxarmaq üçün Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupu cəlb olunub.

Faktla bağlı araşdırmalar aparılır.

Xəbər lenti