Ukraynanın Dneprpetrovski vilayətində yaşayış evində 5 nəfər ölü tapılıb.
AZƏRTAC Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadla xəbər verir ki, xilasedicilər yaşayış evinə baxış keçirərkən 5 nəfərin öldüyü məlum olub. Onların hansı səbəbdən öldüyü araşdırılır, yaşayış evində yanğın faktı qeydə alınmayıb.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.