Xəzər Xəbər

İranda təyyarə qəzasını araşdırmaq üçün komitə yaradılacaq

Hadisə | 15:58 • 18 Fevral 2018
İranda təyyarə qəzasını araşdırmaq üçün komitə yaradılacaq

İran parlamenti "Aseman Airlines" aviaşirkətinə məxsus "ART-72" tipli sərnişin təyyarəsinin qəzaya uğramasının səbəbini araşdırmaq üçün komitə formalaşdıracaq.


Xezerxeber.az-ın məlumatına görə, bunu İSNA agentliyinə açıqlamasında İran parlamentinin üzvü Məhəmməd Əli Vəkili bildirib.

Deputat deyib ki, ekspert qrupu məlumatları araşdıracaq və parlamentə hesabat təqdim edəcək. M. Ə. Vəkili ilkin informasiyalara əsasən hava şəraitinin uçuş üçün əlverişli olmadığını göstərdiyini də qeyd edib.

Qeyd edək ki, bu gün İranda paytaxt Tehrandan Yasuç şəhərinə uçan "Aseman Airlines" aviaşirkətinə məxsus "ART-72" tipli sərnişin təyyarəsi İsfahan vilayətinin Semiron rayonunda dağlıq ərazidə qəzaya uğrayıb. Yerli vaxtla səhər saat 08.00-da Tehrandan havaya qalxan sərnişin təyyarəsi 50 dəqiqə sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 60 sərnişin və 6 heyət üzvü olub. Qəza nəticəsində sağ qalan olmayıb.


Rubrikanın digər xəbərləri

Xəbər lenti