Xəzər Xəbər

DTX Bakıda "rəis"i saxladı

Hadisə | 16:55 • 17 Fevral 2018
DTX Bakıda "rəis"i saxladı

Özünü Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Bakı şəhərinin rayonlarından biri üzrə idarəsinin rəisi kimi təqdim edərək vətəndaşlardan müxtəlif adlar altında dələduzluq yolu ilə pul alan Azərbaycan Respublikası vətəndaşı Alıyev Eldəniz Kamil oğlu Dövlət Təhlükəsizliyi Xidmətin tərəfindən həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıb.

DTX-nın mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Eldəniz Alıyev cinayət məsuliyyətinə cəlb edilib.

Xəbər lenti