Xəzər Xəbər

Uşaq bağçasında 4 yaşlı azərbaycanlı qız şaxtadan donaraq öldü - FOTO

Hadisə | 11:50 • 17 Fevral 2018
Uşaq bağçasında 4 yaşlı azərbaycanlı

Cümə günü Moskva vilayətində yerləşən uşaq bağçalarından birində 4 yaşlı azərbaycanlı qızın ölümü ilə nəticələnən faciə baş verib.

İlkin fərziyyəyə görə, hadisə bağçanın həyətində gəzinti zamanı qeydə alınıb.

Azərbaycanlı ailədə doğulan 4 yaşlı Zəhra Rzayeva tərbiyəçilərin onu həyətdə unutmaları səbəbindən qarlı havada soyuqdan donaraq ölüb.

Müəssisə əməkdaşları bu ittihamı rədd edərək bildirirlər ki, uşaq "bioloji" səbəbdən ölüb.

Qızın valideynlərinin istintaqa verdikləri məlumata görə, uşağın bədənində qançır yerləri olub. (report)

Xəbər lenti