Xəzər Xəbər

Lənkəranda motosiklet yük maşını ilə toqquşub xəsarət var

Hadisə | 11:03 • 17 Fevral 2018
Lənkəranda motosiklet yük maşını ilə toqquşub

Lənkəran rayonunda motosikllə yük maşını toqquşub, xəsarət alan var.

Hadisə Ələt-Astara magistralının rayonun Şiləvar kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hadisə zamanı 1980-ci il təvəllüdlü Rizvan Hüseynovun idarə etdiyi "Muravey" markalı motosikl "Ford" markalı, 42 BT 731 dövlət-qeydiyyat nömrə nişanlı yük maşını ilə toqquşub. Nəticədə motosiklin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır./report


Xəbər lenti