Xəzər Xəbər

2 yaşlı uşaq qaynar qazanda yandı

Hadisə | 15:11 • 14 Fevral 2018
2 yaşlı uşaq qaynar qazanda yandı

Tovuz rayonunda azyaşlı uşaq qaynar suda yanıb.

XəzərXəbər milli.az-a istinadən xəbər verir ki, hadisə rayonun Hunanlar kəndində baş verib. Kənd sakini, 2016-cı il təvəllüdlü Quluzadə Nuray Elman qızı evlərində qaynar su ilə dolu qazana düşüb. Uşaq yanıq xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda uşağın vəziyyəti ağır qiymətləndirilir.

Xəbər lenti