Xəzər Xəbər

Bakıda evə basqın edən şəxslər külli miqdarda qızıl aparıblar

Hadisə | 10:28 • 14 Fevral 2018
Bakıda evə basqın edən şəxslər külli miqdarda qızıl aparıblar

Bakıda evə basqın olub.

 

Yasamal rayonu, Bünyadzadə küçəsində yaşayan, 1962-ci il təvəllüdlü Reyhan Novruzovanın evinə daxil olan naməlum şəxslər qadını bıçaqla hədələyərək pul tələb ediblər. Naməlum şəxslər R. Novruzovaya xəsarət yetirərək 10 min manatlıq qızıl-zinət əşyaları götürərək evi tərk ediblər.

 

Hazırda polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarışlar davam etdirilir. (APA)

Xəbər lenti