Xəzər Xəbər

Ağdamda kabel oğurları tutuldu

Hadisə | 15:41 • 13 Fevral 2018
Ağdamda kabel oğurları tutuldu

Vətəndaşların haqlı narazılığına səbəb olan, əhalini su və enerji ilə təmin edən qurğuların və avadanlıqların, onların hissələrinin sökülərək oğurlanması hallarının qarşısının alınması, bu cinayətləri törətmiş şəxslərin ifşa edilməsi istiqamətində daxili işlər orqanları tərəfindən əməliyyat tədbirləri həyata keçirilir.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan XəzərXəbər-ə verilən məlumata görə, fevralın 11-də Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il ayrı-ayrı vaxtlarda şəhər ərazisində və kəndlərdə ayrı-ayrı subartezian quyularının elektrik naqillərini kəsərək oğurlamaqda şübhəli bilinən şəxslər yaxalanaraq istintaqa təhvil verilib. Araşdırmalarla onların Ağcabədi rayon sakini Məmmədbağır Misirov və Ağdam rayon sakini Atapur İsmayılov olduğu müəyyən edilib.

Aparılan əməliyyat tədbirlər ilə onların Ağdam rayonunun 5 kəndindən – İmamqulubəyli, Quzanlı, Eyvazlı, Xındırıstan və Üçoğlan kəndlərində quyuları elektrik enerjisi ilə təmin edən naqillərin ümumilikdə 400 metrə yaxın hissəsini kəsərək oğurlaması müəyyən edilib. Faktla bağlı araşdırmalar aparılır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti