Xəzər Xəbər

Marketin seyfindən pul oğurlayan şəxs saxlanıldı

Hadisə | 16:07 • 5 Fevral 2018
Marketin seyfindən pul oğurlayan şəxs saxlanıldı

Yasamal rayonu ərazisindəki marketlərdən birinin müdiri 29-cu Polis Bölməsinə müraciət edərək oradakı seyfdən 6050 manatın oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və oğurluq hadisəsinin əvvəllər orada işləmiş şəxs tərəfindən törədilməsi müəyyən olunub.

Əməliyyat-axtarış tədbirləri ilə saxlanılan Xırdalan şəhər sakini Cavanşir Səfərov törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb.

Xəbər lenti