Xəzər Xəbər

Bakıda soyğunçuluq edən şəxs tutulub

Hadisə | 14:25 • 5 Fevral 2018
Bakıda soyğunçuluq edən şəxs tutulub

Paytaxtın Səbail rayonu ərazisində, Səməd Vurğun küçəsində Bakı şəhər sakini olan bir qadının mobil telefonu naməlum şəxs tərəfindən açıq talama, yəni, soyğunçuluq yolu ilə ələ keçirilib. Bu barədə zərərçəkən Səbail Rayon Polis İdarəsi 39-cu polis bölməsinə şikayət ərizəsi ilə müraciət edib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən XəzərXəbər-ə bildiriblər ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş Qorxmaz Şahbazov saxlanılıb. O, ifadəsində törətdiyi hadisəni etiraf edərək ələ keçirdiyi mobil telefonu 240 manata satdığını bildirib.

Qeyd edilən faktla bağlı 39-cu polis bölməsində toplanan material araşdırılması üçün Səbail Rayon Polis İdarəsinə göndərilib, zəruri istintaq hərəkətləri davam etdirilir.

Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştiraklarını da istisna etmirlər. Onun qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa, bu barədə DİN-in "102” Zəng Mərkəzinə və ya Səbail Rayon Polis İdarəsinə müraciət edə bilərlər.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti