Xəzər Xəbər

Xoruz döyüşü keçirilən yerə basqın 6 ölü

Hadisə | 11:55 • 5 Fevral 2018
Xoruz döyüşü keçirilən yerə basqın

Meksikada xoruz döyüşü keçirildiyi kluba silahlı hücumda 6 nəfər ölüb, 14-ü yaralanıb.

Çihuahua əyalət prokurorluğundan verilən açıqlamada, "Santa Maria" adlı bir klubdakı yığıncağa maskalı şəxslər tərəfindən atəş açıldığı bildirib.

Açıqlamada hadisə yerində 4 nəfərin öldüyü, digər 2 nəfərin isə xəstəxanada keçindiyi barədə məlumat verilib.

14 nəfər yaralı arasında 7 və 10 yaşlı iki uşaq da olub.

Hadisə ilə bağlı hələ heç kim nəzarətə alınmayıb.

Ölkədə narkomafiyalar arasında belə hadisələr tez-tez baş verir./AzNews.Az

Xəbər lenti