Xəzər Xəbər

Ov tüfəngi ilə güllələndi Borca görə

Hadisə | 10:23 • 5 Fevral 2018
Ov tüfəngi ilə güllələndi

Xaçmaz rayonunda qətl hadisəsi baş verib.

Hadisə rayonun Şarxı kəndində qeydə alınıb.

Kənd sakini 1973-cü il təvəllüdlü Hidayətov Ehtiram Əliyar oğlu həmkəndlisi, 1973-cü il təvəllüdlü Cəfərov Əfqan Malik oğlunu borca görə düşən mübahisə zamanı özünə məxsus ov tüfəngi ilə qətlə yetirib.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir./apa

Xəbər lenti