Xəzər Xəbər

Keçmiş məhkum Bakıya narkotik gətirmək istədi, amma...

Hadisə | 17:33 • 3 Fevral 2018
Keçmiş məhkum Bakıya narkotik gətirmək istədi, amma...

Yabanı halda bitən narkotik tərkibli bitkiləri yığaraq Bakıya gətirən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumatda bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri 20-ci sahə adlanan ərazidə, Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Abduləli Həbibov şübhəli şəxs qismində saxlanılaraq Polis Bölməsinə gətirilib.

Onun üzərinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman əlində olan idman çantasının içərisində külli miqdarda narkotik vasitə olan marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb. Ekspertizaya təqdim olunan həmin narkotik vasitənin ümumi çəkisinin 5 kiloqram 050 qram qurudulmuş marixuana olması barədə rəy verilib.

Narkotik maddənin mənbəyinin müəyyən edilməsi istiqamətində saxlanılan şəxsin ətrafında həyata keçirilən əlavə tədbirlərlə müəyyən edilib ki, o, narkotik tərkibli bitkiləri Qax rayonu ərazisində yabanı halda bitən ərazidən yığıb. Daha sonra qurudaraq şəxsi istifadəsi üçün Bakı şəhərinə gətirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti