Xəzər Xəbər

3 azyaşlını yanğından xilas edən polislər xəstəxanaya yerləşdirildi RƏSMİ

Hadisə | 14:36 • 3 Fevral 2018
3 azyaşlını yanğından xilas edən polislər xəstəxanaya yerləşdirildi

Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonu Şamil Əzizbəyov 156 ünvanında yerləşən üçmərtəbəli binanın girişindəki mağazada yanğın zamanı zəhərlənən polislər xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarının və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Sakinlərin təxliyə edilməsi üçün təxirəsalınmaz tədbirlər görülüb.

Binanın üçüncü mərtəbəsindəki evlərin birində köməksiz vəziyyətdə qalmış və tüstüdən zəhərlənmiş 14 yaşlı Kərəm, 12 yaşlı Elcan və 9 yaşlı Selcan Səfərlilər polis əməkdaşları tərəfindən xilas edilib, onlara ilkin tibbi yardım göstərilb. Qohum olan azyaşlıların vəziyyətləri qənaətbəxşdir. Yanğınsöndürənlər tərəfindən alovun qarşısı alınıb.

Hadisə nəticəsində azyaşlıları alovun cəngindən xilas edən Nəsimi RPİ-nin Post Patrul Xidmətinin əməkdaşları - polis serjantları Qoşqar İşmayılov və Kamran Əhmədli tüstüdən zəhərləniblər. Onlar xəstəxanaya yerlədiriliblər.

Xəbər lenti