Xəzər Xəbər

Bakıda yaşayış binasında yanğın olub, iki nəfər tüstüdən zəhərlənib

Hadisə | 13:08 • 2 Fevral 2018
Bakıda yaşayış binasında yanğın olub, iki nəfər tüstüdən zəhərlənib

Fövqəladə Hallar Nazirliyi (FHN) Nərimanov rayonunda çoxmərtəbəli binada baş verən yanğınla bağlı daha bir məlumat yayıb.

FHN-dən xezerxeber.az-a bildiriblər ki, Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının şaxtasından keçən tüstü borusunun üzərinə çəkilmiş şüşə pambıq üzlük və içərisinə yığılmış yağ qalıqları 60 paqonometr sahədə yanıb. Yanğın zamanı iki nəfər tüstüdən zəhərlənib, 10 sakin, o cümlədən dörd azyaşlı təhlükəsiz əraziyə təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub. Alov yanğın bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Xəbər lenti